Futbolçudan arvadına 1,8 milyonluq hədiyyə - FOTO

5 Noyabr 2014 14:27
Türkiyənin "Fənərbağça" futbol klubunun oyunçusu Caner Erkin həyat yoldaşı Asena Erkinə həyatının ən bahalı hədiyyəsini alıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, tanınmış futbolçu həyat yoldaşına yaşıl rəngli "Lamborghini" hədiyyə verib.

Son günlər aralarında problem yaranan cütlük indi gündəmə həmin avtomobil vasitəsilə gələcək.

Qiyməti 1,8 milyon olan yaşıl rəngli idman avtomobilində fotoları yayılan Asena Erkin bildirib ki, bu, həyatının ən bahalı avtomobilidir. O, əlavə edib ki, "Lamborghini"ni ona əri hədiyyə edib və bu gün ilk dəfədir bahalı maşında gəzir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin "Fənərbağça" futbol klubunun oyunçusu Caner Erkin və həyat yoldaşı Asena Erkin arasında münasibətlər soyumuşdu. Buna səbəb onların arasında yaranan mübahisələr olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.