"Mediada, sosial şəbəkələrdə İslam təhqir olunur, müsəlmanların "qatil", "terrorçu", "cəllad" obrazlarında təqdimatı ifrata varır. Əgər əvvəllər müsəlmanların adda-budda döyülməsi, məscidlərə donuz başlarının atılması kimi hadisələrin yaşandığı Fransada dini dözümlülük vardısa, ictimai yerlərdə çadralı görünməyin yasaqlanmasından sonra vəziyyət pisləşib. İŞİD terrorçularının dəhşətli, qan donduran videolarının yayılması da müsəlmanlara zərbə olub. Halbuki biz müsəlmanlar belə deyilik! Yetər bizi cəllad kimi göstərdiniz!"
Milli.Az bildirir ki, dünyanın ən məşhur reperlərindən biri, Fransada "qaradərili rep incisi" adlandırılan Metr Jim (Maitre Gims) belə açıqlama verib.
Əvvəllər ad və soyadı Qandi Djuna olan Metr Jim Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada xristian ailəsində doğulsa da, 2004-cü ildə İslamı qəbul edərək Bilal olub.
4 övlad atası, 36 yaşlı populyar reper və bəstəkarın sözlərinə görə, Avropa və Qərb mediasında indi anti-İslam isteriyası hökm sürür.
"İslamı yalnız radikal və qəddar din, müsəlmanları da əllərində avtomat dolaşaraq kəsməyə baş axtaran insanlar kimi təqdim edən gerizəkalılar nə etdiklərinin fərqindədirlərmi?! Onlar anlamırlar ki, belə isteriya İŞİD, "Boko Haram", "Əl Qaida" kimi terror təşkilatlarının təsir imkanlarını daha da artırır. İslam sülh, sevgi, insanlıq dinidir və Allah-Təala da müsəlmana savaşdan qeyri zamanda insan öldürməyi qəti qadağan edir. Ayılaq, bu pis yuxudan qurtulaq və anlayaq ki, biz insanıq", - "Metr Jim" təxəllüslü reper deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.