Azərbaycanda saxta pullar dolaşır
5 Noyabr 2014 13:45
Azərbaycanda külli miqdarda saxta 100 və 50 manatlıq əskinaslar aşkarlanıb.
Trend-in Daxili İşlər Nazirliyinin Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev printerdə hazırlanmış 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq (ümumilikdə 24862 manat) əskinası Göytəpə şəhərində satarkən tutulub.
Milli.Az