"Deme", Azercell, "deme"... - FOTO

5 Noyabr 2014 13:37

Azercell Telekom-un texniki dəstək xidmətinin dilimizlə "macəra"ları davam edir.
 

Milli.Az bildirir ki, bu gün əməkdaşımızın nömrəsinə Azercell-dən ünvanlanmış SMS-də müştəri qısa mesajlardan, yəni SMS-lərdən istifadəyə təşviq olunmaq üçün mətn alıb.
 

Mətndə SMS-dən daha fəal istifadənin təbliği nəzərdə tutulsa da, "Deme bilmediklərini SMS-lə yaz" (orfoqrafiya və punktuasiya olduğu kimi saxlanılıb - red.) yazılmışdı.
 

Çox yəqin, Azercell "Deyə bilmədiklərini SMS-lə yaz" xitabını nəzərdə tutubmuş, amma nəticə "demə bilmədiklərini" oldu.
 

Xub, biz də bilmədiklərimizi demirik.
 

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.