Əməkdar artist: "Gəlin gələr, artıq söz-söhbətlər yaranar"
5 Noyabr 2014 13:44
Əməkdar artist Gülyanaq Məmmədova "Gün üzü" verilişində qonaq olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, müğənni gəlin-qaynana münasibətindən danışıb.
"Hələ övladlarıma toy etməmişəm. Əminəm ki, mən çox yaxşı qaynana olaram. Buna görə bəzən həyəcanlanıram. Gəlin kəsilməmiş qarpız kimidir. Əziyyətlə oğul böyüdürəm. Gələr, artıq söz-söhbətlər yaranar. Hər evə gələn gəlin yaxşı olmur. Həmçinin hər gəlinin qarşısına yaxşı qaynana çıxmır. Bu haqda çox danışmaq istəmirəm. Hər evin bir qaydası olur. Şəxsən mənim qaynanam çox şirindir. Qəşəng insandır. Mənim bəxtimə beləsi çıxıb".