Müğənnidən etiraf: "Adım Xatun deyil"

5 Noyabr 2014 13:21
Müğənni Xatun "Günə Baxan" verilişində qonaq olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi açıqlaması ilə hər kəsi təəccübləndirib.
 
"Adım Xatun yox, Nərgizdir. Nərgiz adı utanılacaq ad deyil. Çox yaxşı addır. Sadəcə olaraq mən səhnəyə gələndə, şou-biznesdə Nərgiz adı ilə tanınan çox idi. Prodüserim Rəhmanla məsləhətləşib, tamaşaçının yadında qalmaq üçün "Xatun" adını özümə götürdüm. Bu cür hallar xarici şou-biznesdə də var. Xatun adı mənə yaraşdı və mənə uğur gətirdi. Hətta adımı öz övladlarına verənlər də var".

Milli.Az