Sinoptiklərdən müjdə
5 Noyabr 2014 13:10
Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 15-16, rayonlarda isə 16-17 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 6-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, Lənkəran-Asrtara zonasında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Milli.Az