Azərbaycanın məşhur zavodu bağlanacaq
5 Noyabr 2014 13:18
"Azərneftyağ" Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır.
APA-nın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
ARDNŞ prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək: "Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq", - deyə o əlavə edib.
Milli.Az