Lənkəran-Lerik yolunda təhlükə
5 Noyabr 2014 12:27
Son günlər müşahidə olunan intensiv yağışlar cənub bölgəsində bir sıra problemlərə yol açıb.
Milli.Az CTV-yə istinadən bildirir ki, Lənkəran-Lerik yolunun ayrı-ayrı hissələrində torpaq sürüşməsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə ezam olunub, monitorinqlər aparıblar. Ən gərgin vəziyyət yolun 17-19 və 51 km-də yaranıb. Sözügedən ərazidə torpaq qatı daim yola töküldüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaranıb.
Yollarda avtomobillərin hərəkəti isə sürüşmənin aktivləşməsinə səbəb ola bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanovun sözlərinə görə, hazırda yolun 17, 19, 27, 45, 49-cu km-də hazırda da aktivləşmə müşahidə edilir. Yağıntı səbəbindən yolun bəzi hissələrində bərkitmə müvəqqəti dayandırılıb. İşlər yağış və qar dayandıqdan sonra davam etdiriləcək.
Milli.Az