Qadın voleybolçular arasında İtaliya A seriyasına start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionatın ilk turu Azərbaycan millisinin blokçusu Anna Nazarenko üçün uğursuz alınıb.
Belə ki, "Forli"nin heyətində A seriyasında debüt edən təmsilçimiz səfərdə "Modena"ya uduzub. Ev sahibləri Nazarenkonun komandasına heç bir set belə güzəştə getməyiblər - 3:0 (25:19; 25:19; 25:16). Anna isə qarşılaşmada 6 xal toplayıb.
Qeyd edək ki, Nazarenko "Forli"yə Polşanın PTPS Pila klubundan transfer olunub.
Milli.Az