Azərbaycanlı müğənni: "Salam-sağ ol etməyi öyrəndim"
5 Noyabr 2014 12:50
Müğənni Samirə Allahverdi şou aləmində dostları olmadığından şikayətlənib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Hər şey daxil" verilişində bir vaxtlar sənətdən getmək istədiyini etiraf edib:
"Mən şou-biznesə gəldikdən sonra yalnız insanlarla salam-sağ ol etməyi öyrəndim. Bu aləmdə gözəl dostlarım var. Onlardan biri də Sevda Ələkbərzadədir. Amma insanın ən yaxın dostu ailəsidir.
Bir ara depressiyaya düşdüm, sənətdən getmək istədim. Evə qapandım. Oxumaq istəmirdim. Həmin anlarımda yanımda yalnız ailəm oldu. Məni hər zaman hər addımımda dəstəkləyən bir ailəm var". Milli.Az