Dilqəm Əsgərov qondarma "məhkəmə"də ifadə vermir

5 Noyabr 2014 12:16
Dağlıq Qarabağda girov saxlanılan azərbaycanlı girov Dilqəm Əsgərov Xankəndidə təşkil edilən qondarma "məhkəmə"də ifadə verməkdən imtina edib.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Əsgərov ibtidai istintaq zamanı ona məlum olan hər şeyi dediyini və ehtiyac yaransa, "prokuror" Karen Qabrielyanovun həmin ifadələri yayımlaya biləcəyini deyib.

Bundan sonra, ifadə veren Vrej Balayan azərbaycanlıların onun evindən hərbi formasını və şəxsiyyət vəsiqəsini oğurladıqlarını bildirib. Dilqəm Əsgərov isə Valayanın hərbi formasını mərhum Həsən Həsənovun götürdüyünü və onun bundan xəbərsiz olduğunu deyib. Dilqəm Əsgərov yalnız separatçılar tərəfindən həbs olunduqdan sonra gödəkçəsinin cibində Balayana məxsus sənədlərin olduğunu söyləyib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda öz doğma torpaqlarını ziyarət edən zaman girov götürülüblər. Hadisə zamanı Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb.

Milli.Az