Gürcüstan hakimiyyətində istefa

5 Noyabr 2014 12:11
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze istefa verib.

Milli.Az İnterfax-a istinadən bildirir ki, XİN başçısı bu gün keçirdiyi brifinqdə istefası barədə məlumat verib.

M. Pancikidze dünən müdafiə naziri vəzifəsindən uzaqlaşdırılan İrakli Alasaniyanın rəhbərlik etdiyi "Bizim Gürcüstan - Azad Demokratlar" Partiyasının üzvüdür.

Bu partiyadan olan Avropa və avroatlantik strukturlara inteqrasiya naziri Aleksi Petriaşvili də istefaya gedib.

Yerli ekspertlər bildirirlər ki, "Azad Demokratlar" partiyasından olan ədliyyə naziri Teya Tsulukiani də istefa verə bilər.

Milli.Az