"Hələ heç nə itirilməyib"

5 Noyabr 2014 11:35

Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda "Qarabağ"ın qonağı olacaq "Dnepr" klubu bu gün Bakıya gəlir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Dnepropetrovsk təmsilçisinin baş məşqçisi Miron Markeviç səfər öncəsi jurnalistlərin suallarını cavablandırıb.


- "Qarabağ" kifayət qədər yaxşı komandadır, onlar indi öz meydanlarında oynayacaqlar. Yəqin ki, onların məqsədi qələbə qazanmaq olacaq. Lakin bizim də gedəsi yerimiz yoxdur. Bu mənada oyunun gərgin keçəcəyini düşünürəm.
 

- Sizcə, qələbə qazanmağınızda nə həlledici rol oynaya bilər?

- İlk öncə öz oyunumuzu nümayiş etdirməliyik. Təəssüf ki, Avropa Liqasında bizdən gözlənilən oyunu sərgiləyə bilmirik. Bu, əsasdır. Komandanın liderləri bacarıqlarını ortaya qoymalıdırlar.
 

- Ukrayna Premyer Liqasında Kiyev "Dinamo"suna məğlubiyyətdən sonra (0:3) komandada psixoloji vəziyyət necədir?

- Məlum məsələdir ki, futbolçular həmin məğlubiyyətə görə məyusdurlar. Ancaq bunu unudaraq, irəli baxmaq lazımdır. Həm Premyer Liqada, həm də Avropa Liqasında hələ heç nə itirilməyib. Sadəcə, meydanda ən yaxşı oyununu göstərmək lazımdır.

Milli.Az