Azərbaycanlı müğənninin doğması rəhmətə getdi

5 Noyabr 2014 11:30
Müğənni Sevinc Musayevanın ailəsində ağır itki baş verib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin xalası dünyasını dəyişib. İfaçı 59 yaşlı xalası Firəngizin həkimlərin səhv diaqnozunun qurbanı olduğunu deyib:

"Ən çox istədiyim xalam idi. Hər zaman mənə sənətdə dəstək olurdu. Verilişlərə çıxanda izləyir, mahnılarıma həmişə fikir bildirirdi. İki ay əvvəl həkimlər yanlış diaqnoz qoyublar. Xəstəliyinin əsl səbəbini bilməyib. Mədəsindən əziyyət çəkirdi. Qəfildən dünyasını dəyişdi".

Milli.Az