Əbədi gəncliyin sirri açıldı

5 Noyabr 2014 11:33
Harvard Universitetinin tədqiqatçılar qrupu təbii zülallar və molekullar sayəsində qocalmağa cavabdeh olan genləri söndürə biliblər. Alimlər qocalıq genlərini deaktiv etdikdən sonra gənclik genlərini qüvvətləndiriblər.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hələ ki, araşdırma siçanlar üzərində aparılıb, ancaq əbədi gənclik yolunda atılmış böyük addımdır.

Tədqiqatçılar qrupunun rəhbəri Devid Sinkler deyir ki, gənclik genləri düzgün aktivləşdirilərsə, onların çox güclü effekti olur. Hətta gəncliyi geri qaytarmaq da mümkündür.

"Laboratoriya siçanlarına NMN molekulları yeridildikdən bir həftə ərzində onlarda qocalma prosesi dayanıb", - o əlavə edib.

Alimin sözlərinə görə, bu metod sayəsində cavanlıq eliksiri yaratmaq mümkündür.

Milli.Az