Windows 7 və 8 istifadəçilərinə bəd xəbər

5 Noyabr 2014 10:35
Microsoft şirkəti Windows 7 və 8 əməliyyat sistemlərinin bəzi versiyalarının satışını dayandırıb. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, oktyabrın 31-dən etibarən Windows 7 və 8 əməliyyat sistemlərinin Home Basic, Home Premium və Ultimate kimi versiyalarının satışına son qoyub.

Şirkətdə hesab edirlər ki, bu addımın atılması ilə istifadəçilər daha əvvəlki versiyaları daha da təkmilləşdirə biləcəklər.

Gələn ilin yanvar ayının 13-dən isə Windows 7 əməliyyat sisteminin əsas fazasının dəstəyi dayandırılacaq.

Milli.Az