Məşhur diktator yeni nüvə zavodunu işə saldı

5 Noyabr 2014 10:38
Şimali Koreya uranın zənginləşdirilməsi ilə bağlı yeni zavodu işə salıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Cənubi Koreya qəzetləri məlumat yayıb.

Bu zavodun sayəsində Şimali Koreyanın nüvə başlıqları hazırlamaq imkanı iki dəfə artacaq. Zavodun tikintisinə 2012-ci ildə başlanmışdı. Artıq fəaliyyətə başlayıb. Yeni müəssisə Yonbendəki nüvə araşdırmaları kompleksinin yanındadır.

Milli.Az