Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Zamiq son zamanlar az-az görünsə də, özündən yenə söz etdirməyi bacarıb. Belə ki, sənətçinin imici çoxlarını dilə gətirib.
"Saqqalıma görə sosial şəbəkədə qınayanlar çox olur. Saqqal mənə mane olmur. Necə xoşuma gəlirsə, elə də olacaq. Ola bilsin, elə sabah kəsdirdim. Sosial şəbəkədə məni tənqid edənlər elə öz həmkarlarımdır.
4-5 profil açırlar. Elə bilirlər ki, xəbərim yoxdur. Hamısı göz götürməzlikdən irəli gəlir. Özləri heç nə edə bilmirlər axı.
Belələrinə heç cavab da yazmıram. Bloka atıram gedir". Milli.Az