6 boksçumuz 1/4 finalda

5 Noyabr 2014 10:47

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən gün bir çox çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Milli komandamızın 6 üzvü 1/4 finalda gücünü sınayacaq.
  

57 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov İngiltərə idmançısı Rayan Qarneri məğlub edib - 2:1. Boksçumuz 1/4 finalda şotlandiyalı Kallum Stüartla qarşılaşacaq.
 

Pərviz Quliyev də (63 kq) növbəti mərhələyə vəsiqə əldə edib. Millimizin üzvü Gürcüstan təmsilçisi Sekerxan Madiyev üzərində qələbə qazanıb - 3:0. Həmyerlimiz növbəti mərhələdə macarıstanlı Mark Kontreçlə üz-üzə gələcək.

Süleyman Məhərrəmov (54 kq), Seymur İsayev (60 kq), Elxan Əliyev (66 kq) və Ramazan Abdullayev (52 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıblar.
  

Boksçularımızın 1/4 finaldakı rəqibləri:

46 kq: Ruslan Rüstəmov - Pavel Ryasni (Rusiya)

48 kq: Malik Həsənov - Nikita Piskunov (Rusiya)

57 kq: Bəxtiyar Qazıbəyov - Kallum Stüart (Şotlandiya)

63 kq: Pərviz Quliyev - Mark Kontreç (Macarıstan)

70 kq: Rasim Çobanlı - Nikita Krasnabayev (Belarus)

75 kq: Hacı Dilbazov - İvan Çubrevçev (Ukrayna)

Qeyd edək ki, +80 kq çəki dərəcəsində Məhəmməd Abdullayev artıq yarımfinala vəsiqəni təmin edib.

Milli.Az