"Azərbaycan millisindən təklif almışam"

5 Noyabr 2014 10:52

AFFA türkiyəli mütəxəssis Yılmaz Vurala yenidən təklif göndərib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Y.Vuralın özü "TRT Radio 1"də yayımlanan "Həftənin ardından" proqramına açıqlamasında deyib. O, millimizlə yanaşı, Qətər klublarından birindən də təklif aldığını bildirib:
 

"Azərbaycan millisindən təklif almışam. Amma bu ölkədə, təəssüf ki, dəyərimizi anlamırlar. Qətər klublarından biri də mənimlə maraqlanır. Əgər razılıq əldə olunarsa, böyük ehtimalla Qətərdə işləyəcəm".
 

Qeyd edək ki, Y.Vural AFFA-nın ötən ilin oktyabrında ona təklif göndərdiyini və millimizlə razılığa gəldiyini demişdi. Türkiyəli mütəxəssis alman lobbisinin onun Azərbaycanda çalışmasının qarşısını aldığını bildirmişdi.

Milli.Az