Dortmundda yubiley qolu

5 Noyabr 2014 10:25

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə Dortmund "Borussiya"sına 4:1 hesabı ilə uduzan "Qalatasaray" yubiley qoluna imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matçın 70-ci dəqiqəsində Hakan Baltanın vurduğu yeganə top "Cim-Bom"un qitənin ən mötəbər klub turnirində 200-cü qolu olub.
  

Beləliklə, İstanbul klubu ÇL-də 155 qarşılaşmada 55 dəfə qələbəyə sevinib. 38 dəfə meydanı heç-heçə hesabı ilə tərk edən "aslanlar" "Borussiya" ilə oyunda 62-ci məğlubiyyətləri ilə üzləşiblər. Rəqib qapısından 200 top keçirən "Qalatasaray" 234 dəfə cəzalandırılıb.
 

Qeyd edək ki, "Qalatasaray" "Borussiya"ya İstanbulda 0:4 hesabı ilə uduzmuşdu. Bu məğlubiyyət isə "Cim-Bom"u ÇL-in 1/8 final mərhələsindən məhrum edib.

Milli.Az