Barak Obamanın mövqeləri zəifləyir
5 Noyabr 2014 10:28
ABŞ-da senat seçkilərinin nəticələri açıqlanır: respublikaçılar mövqelərini bərkidirlər. Aralıq seçkilərində respublikaçılar son 8 ildə ilk dəfədir ki, üstünlük qazanırlar.
ABŞ-ın "Respublikaçılar" partiyası senat üzərində nəzarəti ələ keçirə bilər. Onlar artıq ilk vacib qələbəni qazanıblar. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, senatdakı fraksiya lideri Mitç Makkonnel demokratlardan olan rəqibi Elison Landerqen Qrayms üzərində üstünlüyü ələ alıb. Tamamilə üstünlük qazanmaq üçün respublikaçılar daha 6 mandat əldə etməlidirlər.
İlkin məlumatlara görə, respublikaçılar yuxarı palatadakı 100 yerdən 52-55 yeri qazanıblar. Demokratlara isə 46 yer düşə bilər. Bundan əvvəl isə respublikaçıların senatda 45, demokratların isə 53 mandatı var idi.
Milli.Az