Bakıda ataya güvənən bacılar aldandılar... - YENİLƏNİB

5 Noyabr 2014 13:07
13:07

Bakıda bir ailənin yoxa çıxan üç üzvünün qaranlıq taleyinə polis az da olsa, işıq saldı.

İtkin düşən iki bacı və onlardan birinin azyaşlı övladını evdən qaçmağa vadar edən səbəblər məlum oldu. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən Milli.Az-a bildirildi ki, 28 yaşlı Mürgilə Mirkərimova, 25 yaşlı bacısı Məşədibəyim Kərimova və onun azyaşlı oğlu Nəcəf Kərimli evdən bezib qaçıblar.

M.Kərimova bir müddət əvvəl ərindən boşanaraq uşağı ilə ata evinə sığınıb. Lakin son günlər atası ilə problemləri yaranıb. Böyük ehtimalla, münaqişədən bezən qadın bacısı və balasını götürərək evdən çıxıb.

----------
09:37

Sabunçu rayonunda 2 bacı və onlardan birinin oğlu evdən çıxıb və geri qayıtmayıb.

Bakının Sabunçu rayonunda bir ailənin 3 nəfər üzvü itkin düşüb.

Anspress-in məlumatına görə, itkin düşənlər iki bacı - 28 yaşlı Mirkərimova Mürgilə, 25 yaşlı Kərimova Məsməbəyim Miryəhya qızı və sonuncunun oğlu, 2 yaşlı Kərimli Nəcəf Kərim oğludur.

Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsindən verilən məlumata görə, həmin şəxslər 6 sentyabr 2014-cü il tarixində təxminən saat 12 radələrində yaşadıqları Sabunçu rayonu Bakıxanov qəsəbəsi İnşaatçılar küçəsi ev 4-dən çıxıb və bir daha geri qayıtmayıblar.

Anar Məmmədov
Milli.Az