Son nəfəsədək eşq şəhəri kövrəltdi - FOTO

5 Noyabr 2014 13:41
Britaniya mediasında bu gün yer alan başlıqlar arasında "Bu şəhər kövrəldi" ifadəsinə tez-tez rast gəlmək olar. Söhbət İngiltərənin Fert of Klayd bölgəsindəki Milport şəhərində yaşanan olaydan gedir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1948-ci ildə ailə həyatı qurmuş Artur Meri Tirslərin cəsədləri yaşadıqları evdə tapılıb.

Onlar toylarının 66 illik yubileyinə 4 gün qalmış keçiniblər.
 

Demensiya xəstəsi olan Meri Tirsin durumu son aylarda ağırlaşmışdı. O, artıq heç kimi və heç nəyi xatırlamır, evdən eşiyə çıxa bilmirdi.

Xanımının qulluğunda durmaq və ondan bir an da olsa, ayrılmamaq üçün doktor Artur Tirs işdən çıxmışdı.
 

Onların övladlarının dediklərinə görə, Meri Tirs keçinəndən cəmi bir neçə saat sonra Artur Tirsin də ürəyi dayanıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.