Gün var, əsrə bərabər: Ötənləri yada salaq
5 Noyabr 2014 09:40
Milli.Az anspress-ə istinadən noyabrın 5-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 05 noyabr 2014
Hicri: 10 Məhərrəm 1436
İlin 309-cu günü
İlin sonuna 56 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.02
Günəş - 07.13
Zöhr - 12.28
Əsr - 15.37
Məğrib - 17.50
İşa - 19.07
1670 - İngiltərə-İspaniya müharibəsi Madrid sazişinin imzalanması ilə başa çatmışdır.
1912 - Vudro Vilson ABŞ-ın prezidenti seçilmişdir.
1913 - Böyük Britaniya Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan etmişdir.
1920 - İşğaldan sonra Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilmişdir.
1930 - Londonda ilk televiziya reklamı nümayiş etdirilmişdir.
1940 - Franklin Delano Ruzvelt ABŞ-ın prezidenti seçilmişdir.
1948 - azərbaycanlı şair, qəzəlxan Baba Pünhan anadan olub.
1950 - FM stereo dalğasında ilk yayım həyata keçirilmişdir.
1952 - Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev anadan olub.
1952 - Duayt Eyzenhauer ABŞ-ın prezidenti seçilmişdir.
1956 - Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulmuşdur.
1964 - SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanmışdır.
1968 - Riçard Nikson ABŞ-ın prezidenti seçilmişdir.
1970 - Mülki təyyarə "Concorde 001" səs baryerini keçmişdir.
1979 - ABŞ səfirliyinin tutulmasının ertəsi günü İmam Xomeyni ABŞ-ı ən böyük şeytan adlandırmışdır.
1996 - Bill Klinton ABŞ-ın prezidenti seçilmişdir.
1996 - Rusiya prezidenti Boris Yeltsinin ürəyində koronar şuntlama əməliyyatı aparılmışdır.
2002 - azərbaycanlı aktyor Eldəniz Zeynalov vəfat edib.
2005 - Azərbaycanda parlament seçkiləri keçirilmişdir.
2006 - İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılmışdır.
2007 - Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana etmişdir.
2008 - Barak Obama ABŞ prezidenti seçilmişdir.
Milli.Az