Bir eşşək quyuya düşdü, 12 adam çıxardı - FOTO

5 Noyabr 2014 11:26

"Nilo" adlı eşşək düşdüyü quyudan çıxa bilmədiyi üçün anqırır, sanki yardım istəyirdi. Kənd sakinləri də binəvanı xilas etmək üçün yanğınsöndürənlərə zəng vurdular.
 

Hadisə yerinə gəlmiş 12 yanğınsöndürən və xilasedici bir saat çalışandan sonra Nilonu düşdüyü kanalizasiya quyusundan dartıb çıxarıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İsveçrənin Pratteln şəhərində yaşanıb.
 

Ulağı quyudan Bazel şəhərindən çağırılmış yanğınsöndürənlər çıxarıblar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.