Avtostop: "Xahiş edirik, bizi Azərbaycana aparın" - FOTO

5 Noyabr 2014 10:05

"Xahiş edirik, bizi Azərbaycana aparın"

Bu iki litvalı qız Azərbaycanı öz vətənləri qədər sevir. Bu qızlar Azərbaycanın mədəniyyətini qiymətləndirir və hər şeydən əvvəl öz ölkə sakinlərinə bütün bunlarla tanış edirlər.

Anspress-in baku.ws-ə istinadən verdiyi məlumata görə, kiçik yaşlarından Melli Nelli Sabirovalar Azərbaycana baş çəkməyi, Azərbaycan mədəniyyətini gözləri ilə görməyi arzu edirlər. Onlar ölkəmizin tarixini öyrənmək fikrindədirlər.

Qızların sözlərinə görə, onların Azərbaycana marağı 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsindən sonra yaranıb.

"Biz Azərbaycanla 2012-ci ildə "Eurovision"dan sonra maraqlandıq. Bu ölkə haqqında daha çox şeylər öyrənməyə başladıq. Azərbaycan dilini öyrənməyə başladıq və bu günə kimi öyrənirik. Azərbaycanda keçirilən bayramları biz də qeyd edirik və Azərbaycanın matəm günlərini xatırlayırıq, Azərbaycanla bağlı fotosessiyalarda iştirak edirik", - deyə Nelli və Melli Sabirovalar bildirirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.