09:16
Çempionlar Liqasında IV turun oyunlarına dünən start verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
A qrupunun lideri Madridin "Atletiko" klubu səfərdə "Malmö"nün qonağı olub. Oyun madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda "Yuventus" öz meydanında "Olimpiakos"u məğlub edib - 3:2.
Turun ən maraq doğuran oyunlarından biri B qrupunda baş tutub. Burada Madrid "Real"ı doğma meydanda "Liverpul"la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Bununla da "Real" 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında "Ludoqorets" klubu səfərdə "Bazel"in qonağı olub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəs ilə başa çatıb - 4:0.
C qrupunda Rusiya "Zenit"i lider "Bayer" (Leverkuzen) klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. "Monako" isə səfərdə qrupun autsayderi "Benfika"nın qonağı olub və rəqibinə uduzub - 0:2.
Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun D qrupunda keçirilib. Türkiyənin "Qalatasaray" klubu Dortmundda "Borussiya" ilə qarşılaşıb. "Borussiya" ilə ilk matçda olduğu kimi bu dəfə də "Cim Bom" qapısında 4 qol görüb - 1:4. Bununla da Türkiyə klubunun qrupdan çıxmaq şansı, demək olar ki, heçə enib. Qrupun digər oyununda isə "Arsenal" evdə "Anderlext"lə məhsuldar heç-heçə edib - 3:3.
4 noyabr
A qrupu
23:45. "Malmö" (İsveç) - "Atletiko" (Madrid, İspaniya) - 0:2
Qol: Koke, 30 (0:1), Qarsia, 78 (0:2)
23:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 3:2
Qollar: Pirlo, 21 (1:0), Botio, 24 (1:1), Ndinqa, 61 (1:2), Ximenes, 65-avtoqol, (2:2), Poqba, 66 (3:2
S | Komandalar | O | Q | H | M | T-F | Xal |
1. | Atletiko. Madrid | 4 | 3 | 0 | 1 | 10:3 | 9 |
2. | Yuventus | 4 | 2 | 0 | 2 | 5:4 | 6 |
3. | Olimpiakos | 4 | 2 | 0 | 2 | 6:7 | 6 |
4. | Malmö | 4 | 1 | 0 | 3 | 2:9 | 3 |
B qrupu
23:45. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0
Qol:Benzema, 27 (1:0)
23:45. "Bazel" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan) - 4:0
Qollar: Embolo, 34 (1:0), Qonzales, 41 (2:0), Qaşi, 59 (3:0), Suşi, 65 (4:0)
S | Komandalar | O | Q | H | M | T-F | Xal |
1. | Real Madrid | 4 | 4 | 0 | 0 | 11:2 | 12 |
2. | Bazel | 4 | 2 | 0 | 2 | 6:6 | 6 |
3. | Liverpul | 4 | 1 | 0 | 3 | 2:6 | 3 |
4. | Ludoqorets | 4 | 1 | 0 | 3 | 3:8 | 3 |
C qrupu
21:00. "Zenit" (Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:2
Qollar: Son Hyunq-Min, 68 (0:1), 73 (0:2), Rondon, 89 (1:2)
23:45. "Benfika" (Portuqaliya) - "Monako" (Fransa) - 1:0
Qol: Talisca, 82
S | Komandalar | O | Q | H | M | T-f | Xal |
1. | Bayer (Leverkuzen) | 4 | 3 | 0 | 1 | 7:3 | 9 |
2. | Monako | 4 | 1 | 2 | 1 | 1:1 | 5 |
3. | Zenit | 4 | 1 | 1 | 2 | 3:4 | 4 |
4. | Benfika | 4 | 1 | 1 | 2 | 2:5 | 3 |
23:45. "Arsenal" (İngiltərə) - "Anderlext" (Belçika) - 3:3
Qollar: Arteta, 24 (1:0), Sançez, 29 (2:0), Çemberleyn, 58 (3:0), Borre, 61 (3:1), 72 (3:2), Mitroviç, 90 (3:3)
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Qalatasaray" (Türkiyə) - 4:1
Qol: Roys, 39 (1:0), Papastatopolos, 56 (2:0), Hakan Balta, 70 (2:1), Semih Kaya, 86-avtoqol (4:1)
S | Komandalar | O | Q | H | M | T-F | Xal |
1. | Borussiya (Dortmund) | 4 | 4 | 0 | 0 | 13:1 | 12 |
2. | Arsenal | 4 | 2 | 1 | 1 | 9:7 | 7 |
3. | Anderlext | 4 | 0 | 2 | 2 | 3:9 | 2 |
4. | Qalatasaray | 4 | 0 | 1 | 3 | 3:13 | 1 |