Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi

4 Noyabr 2014 20:59

Tələbələrimiz Ermənistan stendinin qarşısında aksiya təşkil ediblər

Ermənilərin Londondakı növbəti təxribatına azərbaycanlı tələbələr etiraz ediblər.

Milli.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Londonda keçirilən "Dünya Səyahət Bazarı - 2014" (World Travel Market-2014) ənənəvi turizm sərgisində ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təqdimatının qarşısının alınması üçün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə burada təhsil alan azərbaycanlı tələbələr Ermənistan stendinin qarşısında səssiz aksiya təşkil ediblər.

Azərbaycan bayraqlarını və Ermənistanın ölkəmizə təcavüzünü əks etdirən xəritələri əllərində tutan tələbələr Ermənistanın stendi qarşısında dayanaraq həqiqətə uyğun olmayan reklam xarakterli məlumatlara səssiz etirazlarını bildiriblər.

Sərgidə ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən broşürlər paylanılıb.

Milli.Az