Trend və "Focus" saziş imzaladılar

4 Noyabr 2014 20:18
Trend İnformasiya Agentliyi və Bolqarıstanın "Focus" İnformasiya Agentliyi bu gün əməkdaşlıq və informasiya mübadiləsi haqqında saziş imzalayıblar.

Sənədi Trend-in baş direktoru İlqar Hüseynov və "Focus"un prezidenti Krasimir Uzunov imzalayıblar.

Razılaşmaya əsasən, tərəflər Azərbaycan və Bolqarıstanın siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı haqqında operativ analitik-informasiya materialların mütəmadi mübadiləsini aparacaqlar.
 

Tərəflər, həmçinin Mərkəzi Asiya və Balkan regionu haqqında aktual xəbərlərin mübadiləsi barədə razılığa gəliblər.

Qeyd edək ki, "Focus" Bolqarıstanın 2000-ci ildən fəaliyyət göstərən ilk özəl informasiya agentliyidir və 24 sat ərzində bolqar və ingilis dillərində xəbərlər yayır.

Milli.Az