Baba evindən nəvənin meyiti çıxdı

4 Noyabr 2014 19:44
Ağcabədidə 25 yaşlı gənc intihar edib.

Qafqazinfo xəbər verir ki, hadisə rayonun Qarabağ küçəsində baş verib. Rayon prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1989-cu il təvəllüdlü Ehtiram Novruzov özünü babasının evində asaraq intihar edib.

Yaxınları mərhum gəncin ölümünü xeyli miqdarda borcunun olması ilə əlaqələndirir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az