Xərçəngdən xəbər verə bilər

5 Noyabr 2014 00:20
Alimlər insan tüpürcəyinin yeni istifadə üsulunu tapıblar. Sən demə, tüpürcək analizi insanın xərçəngə yoluxması barədə məlumat verə bilər. Müasir təbabətdə onkoloji xəstəliklərin üzə çıxarılması üçün qan analizindən istifadə edilir.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Amerikanın Kaliforniya Universitetinin alimləri belə bir inqilabi metodu tətbiq ediblər. Xüsusi araşdırmalardan sonra məlum olub ki, tüpürcəkdə də qanda olduğu qədər RNK molekulu mövcuddur. Bu moleykulların analizi ilə xərçəngin hansı mərhələdə olduğunu müəyyən etmək olar. Tədqiqatçılar deyirlər ki, insan tüpürcəyi xəstəliklərin diaqnostikası və müalicəsi üçün olduqca faydalıdır. Bu maddədə lazım olan bütün informasiyalar var və qandan heç də geri qalmır. Tüpürcək nümunəsi götürmək qandan daha rahatdır.

Milli.Az