Azərbaycan televiziya məkanında yayımlanan verilişlər öz aktuallığı və baxımlılığına görə seçilir. Həm mənfi, həm də müsbət mənada. Son vaxtlar ekran qarşısında əyləşən tamaşaçılar daha çox komediya verilişlərinin səviyyəsindən şikayət edirlər. Belə ki, televiziyalarımızda kifayət qədər maraqlı, zamanın nəbzini tutan, insanları düşündürərək güldürə biləcək verilişlərimiz azlıq təşkil edir. Sosial şəbəkələrdə komediya verilişlərimizin əttökən, duzsuz, maraqsız və bayağı olduğu söylənilir və buna müxtəlif cür səbəblər gətirilir. Verilişi izləmək istəyən tamaşaçıların əksəriyyəti ona uzun müddət baxa bilmir və tez bir müddətdən sonra kanalı dəyişdiklərini söyləyirlər.Telekanallarımızda vüsət alan komediya verilişləri peşəkar yumoru ilə yox, primitivliyi ilə gülüş obyektinə çevrilir