Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət İnsan Haqları üzrə Birgə İşçi Qrupu 2005-ci ildə yaradılıb. Təxminən 3 ildən sonra Qrup fəaliyyətini dayandırıb. Ötən ayın sonlarında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini yenidən bərpa edib. Birgə İşçi Qrupun fəaliyyətini yenidən bərpa etməsinə səbəb, qarşıda duran vəzifələr, bu Qrupa qarşı aparılan kampaniya və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını Qrupun katibi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırır.Sahib Məmmədov: "Qrupun fəaliyyətini bərpa etməsi ciddi beynəlxalq qurumlar tərəfindən də müsbət qarşılanır"