61 yaşlı "Pobeda": ona "elçi" düşənlər çox olub - VİDEO

4 Noyabr 2014 17:13

Bir vaxtların məşhur və gözəl avtomobillərindən sayılan maşın 61 il öncə istehsal olunub

Bir vaxtların məşhur və ən gözəl avtomobillərindən sayılan "Pobeda" artıq tarixin yaddaşına qovuşsa da, hələ də bu markanı qoruyaraq hazırkı dövrümüzə gətirən insanlar var. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, elə 40 yaşlı Quba sakini Mehdi Hüseynov kimi.

Bildirdiyinə görə, 1953-cü ilin buraxılışı olan "Pobeda"nı babası elə həmin il alıb. 1991-ci ildə isə onu nəvəsi Mehdiyə hədiyyə edib. O gündən bu vaxtadək hədiyyəsində təmir işləri apararaq onun yararsız vəziyyətə düşməsinin qarşısını alıb.

Mehdi Hüseynovun sözlərinə görə, Şimal regionunda yeganə olan 61 yaşlı "Pobeda"nı almaq istəyənlər çox olub. Onların içərisində xarici vətəndaşlara da rast gəlinib. Hətta ona yaxşı pul da təklif olunub. Amma o, babasının yadigarını satmaq fikrində deyil. 2400 kub metrlik mühərrik həcmi və 5 pilləli sürət qutusuna malik "Pobeda" bir neçə filmdə də lentə alınıb.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото