Şahmat üzrə Respublika birinciliyi keçirilir

4 Noyabr 2014 17:09

Qubada keçirilən turnirdə 37 şəhəri təmsil edən 163 zəka sahibi qüvvəsini sınayır

6 yaş qrupunda oğlan və qızların mübarizə apardığı Azərbaycan çempionatı Qubada sayca 6-cı dəfədir keçirilir.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, birincilikdə 163 şahmatçı mübarizə aparır. Şimal bölgəsini bu turnirdə 25 zəka sahibi təmsil edir. Bunlardan 18-i Quba, 4-ü Şabran, 3-ü isə Xaçmaz şahmatçısıdır. Turnir noyabrın 8-dək davam edəcək. Final mərhələsində hər yaş qrupunda qalib gələn idmançılar medal və diplomlarla təltif olunacaqlar.

1-ci yerin sahibləri 2015-ci ilin aprel ayında Tailandda keçiriləcək dünya çempionatına vəsiqə əldə edəcək. 2-ci yerə layiq görülən zəka sahibləri isə 2015-ci ildə Türkiyənin Konya şəhərinin ev sahibliyi edəcəyi məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazanacaq.

Milli.Az