Şou-biznesin qanunu budur. Hamı asan yolla məşhur olmaq istəyir, bir-birinin bostanına daş atır. Bəzisi sponsor, bəzisi ad, bəzisi də yorğan davasındadır. Qalmaqal etmirsənsə, demək, başqalarından geridə qalmısan. Qalmaqal demişkən, noyabrın 1-də müğənni Arzu Mələyin doğum günündə, sözün əsl mənasında, vur çatlasın idi. Müğənni Musa Musayev bütün media və sənət adamlarının qarşısında ifaçı Nazəninin prodüseri Pərviz Fəqanla əlbəyaxa oldu. Davanın bu həddə çatmasına səbəb isə prodüser Pərvizin sosial şəbəkədə M.Musayevin keçmiş həyat yoldaşı Təranə Qumral barəsində xoşagəlməz sözlər yazması olub. Bu qalmaqalın əsas səbəbkarları müğənni T.Qumral və Nazənin isə söz davalarını restoranda yox, telekanalda etdilər. Nazənin bildirdi ki, T.Qumralı öz həyat yoldaşı ilə bir yataqda tutub. T.Qumral isə "Hansı ərinlə tutmusan? Sənin ərin yoxdur" cavabını verdi. İlk duel bitsə də, tərəflər məhkəmədə görüşəcəklərini söylədilər.Tanınmışlar Təranə və Nazənin arasındakı qalmaqaldan danışdılar