AFFA-dan klublara cəza

4 Noyabr 2014 15:58

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan Premyer Liqasının 11-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

"Xəzər Lənkəran" - "Simurq" matçında "Simurq"un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 

"Neftçi" - AZAL matçının 82-ci dəqiqəsində AZAL-ın futbolçusu Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 

"Qəbələ" - "Bakı" matçında "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində "Bakı" klubunun futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Milli.Az