Nazirlikdən "Dobromed"in bağlanması ilə bağlı açıqlama - YENİLƏNİB
4 Noyabr 2014 18:17
Qüsurlar aradan qaldırılana qədər klinikanın lisenziya dayandırılıb
18:17
Bakıda fəaliyyət göstərən "Dobromed" klinikasının faəliyyətinin dayanması ilə bağlı məsələyə Səhiyyə Nazirliyindən açıqlama verilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin anspress-ə verdiyi məlumata görə, klinikada yoxlama aparılıb. Komissiya bir sıra qüsurlar aşkarlayıb.
"Qüsurlar aradan qaldırılana qədər klinikaya verilən lisenziya dayandırılıb. İndi klinikada qüsurlar aradan qaldırılandan sonra yenidən Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. Müraciət əsasında yenidən komissiya təşkil olunacaq. Yoxlamalarda qüsur aşkar olunmasa, o zaman klinikaya lisenziya verilə bilər", - deyə Anar Qədirli bildirib.
Qeyd edək ki, bu gündən Bakıda fəaliyyət göstərən "Dobromed" klinikasının lisenziyası alınıb. Anspress-in məlumatına görə, klinikanın fəaliyyəti oradakı çatışmazlıqlarla bağlıdır.
---------- 14:55
Klinikanın lisenziyasının alınması ginekologiya şöbəsindəki nöqsanlarla əlaqədardır
Bakıda fəaliyyət göstərən "Dobromed" klinikasının lisenziyası alınıb.
Anspress-in məlumatına görə, klinikanın fəaliyyəti oradakı çatışmazlıqlarla bağlıdır.
Klinikanın iqtisadi məsələlər üzrə direktoru Solmaz Əliyevanın anspress-ə verdiyi məlumata görə, klinikanın lisenziyası müvəqqəti olaraq alınıb. Onun sözlərinə görə, bu səbəbdən klinika müvəqqəti olaraq bağlanacaq.
"Dobromed" bir neçə günlük bağlı olacaq. Müvəqqəti olaraq lisenziya dayandırılıb. Buna səbəb xəstəxananın ginekologiya şöbəsində müəyyən çatışmazlıqlar olub", - deyə Solmaz Əliyeva bildirib.