İranlı nazir Bakıya gəlir

4 Noyabr 2014 15:08
İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi cümə axşamı Bakıya səfər edəcək.

Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfirin sözlərinə görə, səfərin məqsədi İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri öncəsi iki ölkə arasında imzalanacaq sənəd və protokolların hazırlanması ilə bağlı müzakirələr aparmaqdır. Səfər zamanı iranlı nazir Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfdən həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşəcək və müzakirələr aparacaq.

Qeyd edək ki, noyabrın 12-dən sonra İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir.

Milli.Az