Əməkdar artist: "Deyirəm, çəkin, hara istəyirsiniz, verin"

4 Noyabr 2014 15:05
Əməkdar artist Mehriban Xanlarova "Günəbaxan" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa onu əsəbi, pis insan adlandıranlara cavab verib:

"Mən haqqı tapdananların, kasıbların arxasında olmuşam. Efirdən sözünü deyə bilməyənlərin haqqını istəmişəm. Sabah gedib haradasa haqqımı tələb edəndə məni qınayırlar. Məni kimdənsə pul alıb, tərəf saxlamaqda günahlandırırlar. Deyirlər, çıxır efirə, çünki filankəsə borcludur. Mən təkcə Allahıma borcluyam. O gün küçədə mənə bu haqda söylədilər. Aqressiv cavab verdim. Görürəm, kənardan videoya çəkirlər. Deyirəm, çəkin, hara istəyirsiniz, verin, nəyi yalan söyləyirəm? Deyirlər, Mehriban daşürəklidir, qəddardır. Kaş hamıda mənimki kimi yumşaq qəlb olardı".

Milli.Az