Mətanət Əsədova: "Mən yalançı toy etməmişəm"

4 Noyabr 2014 15:16
Muğam ifaçısı Mətanət Əsədova "Bu saat" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı küsülü olduğu əməkdar artist Zöhrə Abdullayeva və müğənni Könül Kərimovadan bəhs edib:

"Zöhrə xanım haqqında heç nə deyə bilmərəm. Məndən yaşca böyükdür. Haqqımda nə deyibsə, Allah canını sağ eləsin. Məndən onun ünvanına pis söz gözləməyin. Könül Kərimovanı da çox istəyirəm. Aramızda ciddi problem olmayıb. Məni verilişinə dəvət etmir. Canı sağ olsun. Heç gözləmirəm də. Sənətə gəlməyimdə Könül xanımın və Məhəbbət Kazımovun rolu böyük olub, bunu danmaram. Özümdən razı deyiləm. Sadəcə, səsimə güvənirəm. Şou-biznesdə Mətanətlər çoxdur, amma Mətanət Əsədova yoxdur".

M.Əsədova ailə qurmasından da bəhs edib:
"Mən yalançı toy etməmişəm. Allah şahiddir ki, sevgi ilə ərə getdim. Təmənnasız ailə qurdum. Amma əfsuslar olsun ki, uzun sürmədi. Burada mənim günahım yoxdur".

Milli.Az