Pan Gi Mun ölkələri qarışıq saldı
4 Noyabr 2014 14:50
Vyanada keçirilən konfransda çıxış edən BMT-nin baş katibi Pan Gi Mun Avstriya ilə Avstraliyanı qarışıq salıb. Trend xəbər verir ki, bu barədə Rusiya KİV-i "Associated Press"-ə istinadən xəbər verib.
Qəbul edən tərəfə minnətdarlığını ifadə edərkən baş katib konfransın təşkilinə görə Avstriyanın əvəzinə Avstraliyaya minnətdarlığını bildirib.
Az sonra Pan Gi Mun bildirib ki, bu, yanlış söz olub. Mətbuat konfransı zamanı Pan Gi Mun üzr istəyib və "Avstriyada kenqurunun olmadığını" yaxşı bildiyini deyib.
Qeyd edək ki, BMT-nin baş katibi iki ölkənin adını qarışdıran ilk siyasətçi deyil. 2007-ci ildə Sidneydə keçirilən ASİƏT zirvəsində ABŞ-ın sabiq prezidenti Corc Buş Avstraliyanın baş nazirinin İraqa səfəri barədə danışarkən Avstraliya qoşunlarını "Avstriya" qüvvələri adlandırmışdı.
Milli.Az