İŞİD-in qadın bazarı: "kəniz"lər belə satılır - VİDEO - FOTO

4 Noyabr 2014 14:54

"Bu gün kölə qadınlar satılacaq. Onları savaşda ələ keçiriblər. Allahın əta etdiyi bu ənamdan hərə öz payını almalıdır. Vallahi ki, mən kəniz arayıram və inşallah, bu gün tapacağam".
 

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının İraqda ələ keçirdiyi Mosul şəhərində "kəniz və kölə bazarı" fəaliyyət göstərir.
 

Milli.Az AAN TV-yə istinadən bildirir ki, bu "bazar"da İŞİD-in hücum etdiyi şəhər və kəndlərdə ələ keçirdiyi qadınlar satılır.

Satışa çıxarılanların əksəriyyəti yeniyetmələr və gənclərdir.
 

"Bu gün özümə 15 yaşlı kəniz almaq istəyirəm. 3 əksinas verəcəyəm. Kənizin dişləri sağlam olmalıdır", - deyən saqqallı terrorçu "əskinas" söylərkən 100 dolları nəzərdə tutur.
 

Hərracda satışa çıxarılan 14-25 yaşlı qızların orta qiyməti 400 dollardır.
 

"Potensial alıcı" alacağı qızın gözlərinin mavi olmasını istəyir. O, kəniz üçün Glock tapançasını verməyə hazır olduğunu deyəndə satıcı razılaşır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.