Yalnız qadınlar üçün: Onun əsas sirrləri nələrdir? - FOTO
10 Yanvar 2011 09:00
Milli.Az xəbər portalı qadının əsas geyim atrubutlarından olan
büsthalterlər haqqında məlumatları xanımların diqqətinə çatdırır. O, ...
qadının yaraşığı, özünə güvəni, geyim kompozisiyasının ayrılmaz
hissəsidir. İntim olduğu qədər də aşkar, zərifliyi qədər də hökmlü geyim
növüdür. Büsthaltersiz qadın yarpaqsız ağac kimidir... müasir qadın
artıq özünü onsuz təsəvvür belə etmir.
Büsthalterin tarixi
Bir gün
amerikalı qadın Meri Cekobs karsetdən bezərək onu çıxarır və burun
dəsmallarından lifçik hazırlarır. Ona çox rahat gələn lifçikdən bir
neçəsini də rəfiqələri üçün hazırlayır. Onların da çox xoşuna gəldiyini
görən Meri düz yolda olduğunu başa düşür və 1915- ci ildə patent alır.
Patenti əri işləyən korset fabrikinə satır. Fabrikdə işləyənlər büsthalterin
gələcəyinə haqlı olaraq inanaraq Meriyə 15 min dollar verirlər.
Büsthalterin 5 sirri
1. Altı aydan bir ölçü götürün, çünki döşün ölçüsü və forması tez-tez dəyişir.
2. Əgər lifçiyin arxası yuxarı qalxırsa, deməli büsthalterinizin ölçüsü balacadır.
3. Büsthalterin mərkəzi bədənin qabırğa hissəsinə kip oturmalıdır. Əgər arada
boşluq varsa, deməli lifçik böyükdür.
4. Büsthalteri bağlamamışdan öncə dərin nəfəs alın.
5. Büsthalterin bağları çiynimizi sıxmamalıdır. Əgər sıxarsa bağı bir az uzadın.
Büsthalterlərin növləri
Büsthalterlərin modelinə, materialına, kasaların formasına görə fərqli
növləri var. Həmin növləri sizə təqdim edirik. (Fotolarla da göstərilib)
1. İpsiz:
Bu növ büsthalterlər "anjelika" adı ilə də məşhurdur. Toy günündə karset geyinən gəlinlərin ideal seçimidir.
2. Nümayişkar:
Döşün yarısını tutur. Son dövrün ən popular və dəbli növüdür.
3. Cəsarətli kəsik:
Çox
cazibədar görünür, döşün elastikliyini artırır. Bu cəsarətli
büsthalteri açıq-saçıq paltarla, gecə geyimləri ilə geyinmək olar.
4. Plastinkalı:
Sadə
büsthalterlə müqaisədə daha böyük populyarlığa malikdir. O, dekolte
paltarı çıxmaq şərtilə bütün geyimlərdə istifadə edilir.
5. Eyvancıq:
Bu
forma 60-cı illərdən qalıb. Elə təsürat yaranır ki, döş lifçiyə
yerləşmir. Eyvancıq biçimindəki lifçik əsasən dekolte, sinəsi dördbucaq
kəsimli paltarla geyinilir.
6. Tam bağlı:
Plastinkalar döşü tam bağlayır. Onu yalnız bağlı və uzunqol paltarla geyinmək olar.
7. Tikişli - tikişlər istiqamətinə görə fərqli olur.
Üfüqi,
şaquli, diaqonal və.s tipli kəsikləri olan lifçiklər döşün formasına
görə seçilir: üfüqi tikişli büsthalterlər iri döşlərə, şaquli isə kiçik
döşlərə uyğun gəlir. Tikişli büsthalterləri toy libası ilə geyinmək
daha məqsədəuyğundur.
8. Tikişsiz:
Kasada tikiş yoxdur. Dar paltar və köynəklə geyinilir. Ən son dəb hesab olunur.
9. İncə tikişli:
Tikişlər demək olar ki, heç görünmür. Məşhur markaların yeni alt paltarı kolleksiyasında belə lifçiyə rast gəlmək olar.
10. Push-up: (qabağa və yuxarıya)
Bu
tip büsthalterin vəzifəsi döşü qaldırmaq və irəliyə doğru qabartmaqdır.
Beləliklə, döş böyük, yumru, formada görünür. Korsetli paltarla onu
geyinmək mütləqdir. Alt paltarları istehsal edən şirkətlər PUSH-UP
seriyasından olan büsthalterləri 3 növə ayırırlar.
1. Döşün həcmini böyük göstərməyən, sadəcə onu azacıq qaldıran.
2. Kasaların içində incə material olan, döşün həcmini artıran.
3. Kasalar materialla tam doldurularaq döşün həcmini çox artırır.
Büsthalteri necə yumalı?
Bir dəfə geyin, bir dəfə yu prinsipinə əsaslanmaq lazımdır. Bunu gigienik qaydalar
tələb
edir. Büsthalterinizi davamlı istifadəyə yararlı olması üçün onu əllə
və ilıq suda yumaq məsləhətdir. Əgər büsthalteri paltaryuyan maşınla
yumaq istəsəniz, xüsusi torbanın içinə qoyun.
Fransa, Çin,
Yaponiya, İtaliya, Almaniya və Böyük Britaniya sosioloqları qadınların
özünü qiymətləndirməsinə nələrin təsir göstərdiyini araşdırıb.
Bunun
əsasən büsthalterlərdən asılı olduğu üzə çıxıb. Əksər qadınların
cavabları göstərib ki, onların özünü qiymətləndirməsində məhz bu geyimin
böyük rolu var.
Araşdırma bir sıra digər məqamları da aşkara
çıxarıb. Məlum olub ki, bu alt geyiminin ən "cəsarətli" və seksual
tiplərindən italiyalı xanımlar istifadə edir. (69%). Digər ölkələrdən
olan zərif cinsin nümayəndələri italiyalılarla müqayisədə bu məsələdə
bir qədər utancaqlıq nümayiş etdirirlər.
Fransızlar bu geyimə
daha çox komplement eşitmək vasitəsi kimi yanaşır, ingilislər isə
sadəcə, sosial norma kimi baxır. Çinli xanımların 99%-i hesab edir ki,
onların xarici görünüşü məhz bu alt geyimindən asılıdır. Belə düşünən
ingilis xanımlar isə 77% təşkil edir. Yaponiyalı xanımların 35,
çinlilərin isə 60%-i büsthalter seçərkən dəbə diqqət ayırır.
Araşdırma
onu da göstərib ki, zərif cins nümayəndələrinin 83%-i bu geyimdən
sadəcə vərdiş kimi istifadə edir, 78% qadın onu alan zaman seçim etməkdə
çətinlik çəkir.
Nura
Milli.Az













