Stiv Cobsun abidəsini sökdülər - FOTO

4 Noyabr 2014 14:33
Sankt-Peterburqda Stiv Cobsun abidəsini söküblər. 2013-cü ildə Elmi-Tədqiqat İnformasiya Texnologiyaları İnstitutunun texnoparkının həyətində ucaldılmış iPhone formasında hazırlanmış abidə sökülüb.

Milli.Az KP-yə istinadən bildirir ki, universitet rəhbərliyinin açıqlamasına görə, Edvard Snoudenin ifşaları abidənin sökülməsinə öz təsirini göstərib. O iddia edirdi ki, Apple-ın məhsulu öz sahiblərinin məlumatlarını ABŞ xüsusi xidmət orqanlarına ötürür.
 

Fəqət real səbəb Apple-in baş direktoru Tim Kukun homoseksual olduğunu etiraf etməsidir.
 

"Rusiyada yetkinlik yaşına çatmamışlar arasında homoseksualizmin təbliğatı yasaqdır. Biz də bu heykəli artıq məqbul saymırıq", - universitet rəhbərliyinin açıqlamasında deyilir.
 

Heykəl Apple-in banisi barədə informasiya verilən sensor interaktiv ekrana malikdi. Abidənin arxasında isə Stiv Cobsa həsr olunan sayta "aparan" QR-kod vardı.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.