Mərkəzi arenanın son durumu və kassaların önündən - FOTOlar

4 Noyabr 2014 14:46

Tofiq Bəhramov adına Respublika stadionunun ot ortüyü noyabrın 6-da keçiriləcək Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Dnepr" oyunu üçün əla vəziyyətdədir.
 

Milli.Az xəbər verir ki, mərkəzi arenaya baş çəkən qol.az saytının müxbirinin məlumatına görə, stadion oyunu qəbul etməyə hazırdır.
 

Bu arada oyuna bilet satışı da sürətlə davam edir. Yağışlı hava olmasına baxmayaraq, Respublika stadionunun kassaları önündə bu gün də bilet almaq istəyən azarkeşlərin sıxlığı olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.