Rəqqasə Fatimə Hindistanda keçirilən "Udbhav international Dance Carnival" festivalın ilk günündə çıxış edib. Hazırda Hindistanda olan rəqqasə Milli.Az-a bildirib ki, o, festivalın növbəti günündəki çıxışına hazırlaşır: "İlk öncə deyim ki, Azərbaycan üçün çox darıxmışam. Bu mənim Hindistana 3-cü səfərimdir. Festivalın ilk günündə çıxışımı geridə qoydum. Festivalda hər bir xalqın çıxışından öncə ölkə barəsində qısa videoçarx nümayiş olunur. Çıxışımdan öncə Azərbaycan haqqında hazırlanmış videoçarxı izləyəndə bir daha doğma vətənimlə qürur duydum. Bu hisslər sözlərlə ifadə olunmaz. Kövrəldim, göz yaşlarımı saxlaya bilmədim. Amma buna baxmayaraq səhnəyə çıxıb, milli "Uzundərə" rəqsini təqdim etdim. Çox gözəl və maraqla qarşılandı. Festivalda məndən savayı, "Səma rəqs" ansamblı, 8 yaşlı tələbəm və müğənni Aslan Hüseynov çıxış etdilər. Onların çıxışı da alqışlarla qarşılandı. Qarşıda bizi festivalın növbəti günü gözləyir. Müsabiqənin qala-gecəsində tələbəm Fatimə ilə hind rəqsini ifa etməyi də düşünürəm".Fatiməni Hindistanda ağladan nə oldu?