Şeyx dini liderlər qarşısında azərbaycanlı girovların qaytarılması məsələsini qaldırıb
4 Noyabr 2014 13:58
"Bu yaxınlarda Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşümüzdə əsas müzakirə mövzumuz azərbaycanlı girovların qaytarılması məsələsi olub".
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, müzakirə olunan məsələlərdən biri də Ermənistanın dini lideri II Qareginlə görüşün təşkil olunması və azərbaycanlı girovların qaytarılması məsələsinin ən vacib məsələ kimi onun qarşısında qoyulması oldu: "İmkan daxilində dini liderlər bu məsələdə yardım edəcək, əlbəttə, hüquqi baxımdan bu məsələ dövlətin səlahiyyətindədir və dövlət özü vətəndaşlarını qoruyur. Biz də bu məsələdə dövlətin yanındayıq".
Milli.Az